"Zirə"nin rəqibinin baş məşqçisi: "Bu amil məni narahat edir"

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq Rumıniya təmsilçisi "Astra"nın rəqibi ölkəmizi bu turnirdə təmsil edən “Zirə” olacaq. Rumıniya klubunun baş məşqçisi Edvard Yordanesku ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 39 yaşlı mütəxəssisi heyətdə aparılan islahatlardan narahat olduğunu bildirib:

“Komandada müxtəlif dəyişikliklər oldu. Keyfiyyətli futbolçular transfer etsək də, onlar birlikdə oynamayıblar. “Zirə” ilə ilk görüşün keçirilməsinə isə az vaxt qalıb. Bu amil məni narahat edir. Ancaq həmişə pozitiv olmağa çalışmışam. Hədəfimiz pley-off mərhələsinə qədər irəliləməkdi. İdeal komanda qurmaq çətin görünür. Amma ölkə çempionatının startına qədər tam hazır olacağıq”.

 Qeyd edək ki, “Astra” - "Zirə" matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right