"İnter" və "Zirə"nin avrokubok matçlarının vaxtı və yeri dəyişdi

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki görüşlərinin vaxtı və yeri dəyişib.
 
Newsport.az-ın məlumatına görə, bütün 3 komandanın ev oyunlarının Bakıya təsadüf etməsi ilə əlaqədar belə bir qərar verilib. 
 
UEFA-nın qərarına əsasən, "Zirə" "Astra"sı ilə ilk qarşılaşmanı iyulun 13-də Rumıniyada keçirəcək. Cavab görüşü isə bundan bir həftə sonra Bakıdakı "Dalğa Arena"da olacaq. "İnter" Lüksemburqun "Fola Eş" komandası ilə ilk matçını iyulun 13-də deyil, bir gün tez keçirəcək. 12 iyul matçı "Dalğa Arena"da olacaq. 
 
"Qəbələ" isə iyulun 13-də Polşa "Yagelloniya"sını "Bakcell Arena"da qəbul edəcək. Həm "İnter", həm də "Qəbələ"nin cavab oyunu iyulun 20-də səfərdə baş tutacaq. 
Qeyd edək ki, "Qarabağ" da Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan "Samtredia"sı ilə ilk görüşünü Bakıda keçirəcək. Oyun iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right