"Bütün problemlərə baxmayaraq, komandamız yaxşı oynadı" - Svanadze

“Səfərdə 3:0 hesablı qələbə qazansaq da, həyəcanlı idim. Çünki rəqib yaxşı komanda idi”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Serbiyada “Mladost”un qapısından 3 cavabsız top keçirən bakılılar “Dalğa Arena”da baş tutan cavab matçında rahat qələbə qazanaraq (2:0) yollarına davam ediblər.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında gürcüstanlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Mən 6 ildi "İnter"də çalışıram. Son 3 ildə komandamız çox əziyyət çəkib. Bütün problemlərə baxmayaraq, komandamız yaxşı oynadı. Uşaqlar yaxşı mübarizə sayəsində qələbəni təmin etdilər. Çox sevincliyik". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right