"Differdanj"ın baş məşqçisi: "Zirə" PSJ səviyyəsində rəqib deyil"

“Biz “Barselona” deyilik, amma “Zirə” də PSJ səviyyəsində rəqib deyil. İlk oyunda məğlub olsaq da cütün taleyinə aydınlıq gəlməyib”.

Newsport.az saytının məlumatına görə, bu sözlər Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqaya məxsusdur.

Belçikalı çalışdırıcı Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Zirə" ilə cavab oyunu öncəsi deyib. Karzaniqa evdə daha güclü olduqlarını vurğulayıb:

“Şanslarımız var və vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Düzdür, bunu etmək asan deyil, ancaq biz “Differdanj”ıq, biz evdə daha güclü çıxış edirik. Səfərdəki oyunda "Zirə" haqda məlumatımız yox idi. Bakıdakı görüşdə onların hücumda yaxşı oynadıqlarını gördük. Xüsusilə Kervan Belfor, Qabriel Manqa və Riçard Qadze çox yaxşı futbolçulardır, çox sürətlidirlər. Bununla belə, bu komandaya iki qol vurmaq gücündəyik. Hücumda məhsuldar, müdafiədə etibarlı oynamalıyıq”.

Xatırladaq ki, “Differdanj” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right