“Ağ bayraq qaldırmamışıq” – “Mladost”un futbolçusu

“Avropa Liqasında oynamaq bizim üçün böyük uğurdu”.

Newsport.az saytının məlumatına görə, bu sözlər Serbiyanın “Mladost” klubunun futbolçusu Yanko Tumbaseviçə məxsusdur.

Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “İnter” klubunun qonağı olacaq.

Sabah baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında iştirak edən dayaq yarımmüdafiəçisi fikirlərini bildirib.

32 yaşlı futbolçu ilk oyunda böyük hesabla məğlub olduqlarına görə ruhdan düşmədiklərini və mərhələ adlamaq üçün sonadək oynayacaqlarını deyib: “Düzdü, “İnter”in böyük üstünlüyü var. Amma biz indidən ağ bayraq qaldırmamışıq. Burdayıq, mübarizə aparacağıq və çalışacağıq ki, nəticə əldə etmək. Bakıya elə-belə gəlmədiyimizi sabah sübut etməliyik”.

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq “İnter” – “Mladost” oyunu saat 21:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right