Avropa Liqası: İkinci mərhələyə vəsiqə qazanan ilk komandalar məlumdu

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə cəmi 2 qarşılaşma baş tutub. Malta və Lüksemburqda keçirilən görüşlərin ikisində də meydan sahibi qisas əzmində idi. “Baltsan””Vodeoton”dan Macarıstanda buraxdığı iki qolun əvəzini çıxmağa çalışsa da, 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Nəticədə, doğma meydandakı inamlı qələbə "Videoton"u növbəti mərhələyə daşıyıb.

“Proqres” isə 1-ci təsnifat mərhələsinin ən sanballı klubu “Reyncers”i sınağa çəkib. Doğma meydanda minimal hesablı qələbə qazanan Şotlandiya nəhəngi sürpriz şəkildə rəqibinə iki cavabsız qolla uduzub. Nəticədə, Lüksemburq klubu mərhələ adladığı halda, "Reyncers" mübarizəni erkən dayandırıb. 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

4 iyul

 

“Baltsan” (Malta) - “Videoton” (Macarıstan) - 3:3

Qollar: Kalyeviç, 3, Effionq, 56, Kalyeviç, 86 - Geresi, 15, Sçepoviç, 23, Cuhaz, 80

İlk oyun - 0:2

 

“Proqres” (Lüksemburq) - “Reyncers” (Şotlandiya) - 2:0

Qollar: Françoys, 66, Till, 75

İlk oyun - 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right