"Qəbələ"nin Avroliqada ilk oyunu alman hakimlərə həvalə edildi

“Qəbələ”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyi ilk oyunu idarə edəcək hakimlər bəlli olub.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın avrokubokların yeni mövsümündə ilk oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Marko Fritz olacaq. Ona həmyerliləri Holqer Hençel və Marsel Pelqrim kömək edəcək. Oyunun dördüncü hakimi funksiyasını isə Quido Vinkmann yerinə yetirəcək. 

“Qəbələ”nin bu mərhələdəki rəqibinin adına iyulun 6-da keçiriləcək “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) oyununda aydınlıq gələcək. Məhz bu cütün qalibi 2-ci təsnifat mərhələsində Roman Qriqorçukun yetirmələrinin rəqibi olacaq. Bu komandalar arasında keçirilmiş ilk oyun polşalıların minimal hesablı qələbəsiylə nəticələnib.

Qeyd edək ki, təmsilçimizin 2-ci təsnifat mərhələsindəki ilk oyunu iyulun 13-də keçiriləcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right