"Differdanj"la oyundan dərhal sonra bərpa keçdik. Final bitindən az sonra meydanaya qayıdıb məşq etməyimiz səbəbsiz deyildi".
Newsport.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bildirib. Avropa Liqasının I təsnifat mərhələsində "Dalğa Arena"da Lüksemburqun "Differdanj" klubunu 2:0 hesabı ilə məğlub edən zirəlilər artıq cavab oyunuan hazırlıq keçirir.
Abbasov bərpa prosesinin matçdan dərhal sonra etməyin daha məqsədəuyğun hesab etdiklərini söyləyib: "İstədik ki, oyundan 1 gün sonra futbolçulara istirahət verək, onları yormayaq. Onsuz da çətin matçdan sonra çox yoğrun idilər. İyulun 1-dən cavab qarşılaşmasına hazırlığa başlamışıq. gündə 1 dəfə "Azərsun Arena"da məşq edirik".
Gənc mütəxəssisin sözlərinə görə, ilk oyunla müqayisədə səfər matçında dəyişiklər olacaq: "Rəqibi əvvəldən də təhlil etmişdik. Oyun zamanı isə bəzi dəyişikləri gördük. Biz ilk öz oyunumuzu, buraxdığımız səhvləri amaliz edirik. Rəqibin bəzi üstün cəhətləri üzərində işləyəcəyik ki, təkrar matçda təhlükəli olmasın. Ancaq iş, təhlil prosesimiz son oyun üzərindədi. İlk matçın axşamındanLüksemburqdakı oyuna hazırlaşıram. Bəzi fikirlərim var, məşqçilərimiz də məsləhətləşriəm. İlk oyunla müqayisədə cavab matçında əsas heyətdə əzi dəyişikliklər olacaq".
Sport24.az