Ömər Paşayevin idarə etdiyi oyunda Tsxadadzenin komandası darmadağına sevindi

Azərbaycanlı FİFA referisi Ömər Paşayev avrokuboklarda ilk oyununu idarə edib. 

Newsport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Qazaxıstanda baş tutan "Kayrat" - "Atlantas" matçında ədaləti qoruyub. 

Qarşılaşma Bakının "İnter" klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu Almatı təmsilçisinin qələbəsi ilə başa çatıb. Qazaxıstan klubu rəqibinin qapısından 6 cavabsız top keçirib. 

"Kayrat" bu qollardan ikisini 11 metrlik cərimə zərbəsindən vurub. Belə ki, Paşayev 26 və 50-ci dəqiqədə "Atlantus"un qapısına penalti təyin edib. Əvvəlcə Rusiya millisinin sabiq üzvü Andrey Arşavin, daha sonra isə Qohou qapıçı ilə dueldən qalib ayrılmağı bacarıb. 

Bundan başqa, Paşayev 67 və 81-ci dəqiqələrdə əlini cibinə atmalı olub. O, 67-ci dəqiqədə Litva klubunun futbolçusu Benatanı, 81-ci dəqiqədə isə "Kayrat"ın oyunçusu İliçeviçi "sarı" ilə cazalandırılb.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right