“Zirə” qələbə ilə başladı YENİLƏNİB

Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürüb.

Newsport.az-ın məlumatına görə, ilk olaraq, mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Zirə” klubu qoşulub.

Çempionatda dördüncü yeri tutan və Avropa Liqasına vəsiqə qazanan “qartallar” avrokuboklarda debüt matçına çıxıb. Qəsəbə təmsilçisi Mərdəkanda yerləşən “Dalğa Arena”da Lüksemburqun “Differdanj” klubunu 2:0 hesabı ilə məğlub edib

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) 2:0

Qol: Riçard Qadze, 22, Kervens Belfort, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Hakim-inspektor: İqor Satki (Moldova)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Bakı. “Dalğa Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right