Hakimlərimizə kim qiymət verəcək?

Beynəlxalq dərəcəli hakimlərimiz - Ömər Paşayev və Rəhim Həsənov sabah Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarını idarə edəcəklər.
Newsport.az-ın məlumatına görə , Həsənov "Ventspils"lə "Valur" arasında Latviyada keçiriləcək qarşılaşmada ədaləti qoruyacaq. Paşayev Qazaxıstanda "Kayrat" - "Atlants" komandaları arasında baş tutacaq qarşılaşmada əsas söz sahibi olacaq.  

Hər iki qarşılaşmanın UEFA nümayəndəsi və hakimlərin işinə qiymət verən hakim-inspektor məlum olub. Təyinatları təqdim edirik:

Avropa Liqası, I təsnifat mərhələsi
29 iyun
 
18:45 “Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim
: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
Hakim-inspektor: Vensel Toz (Macarıstan) 

UEFA nümaəndəsi: Tammo Beyshuzen (Hollandiya)


19:00 “Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: 
Rəhim Həsənov 
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov

Hakim-inspektor: Are Habixt (Estoniya)

UEFA nümayəndəsi: Sviatlana İrnkeviç (Belarus)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right