"Zirə" - "Differdanj" matçına nə qədər bilet satılıb?

"Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Luksemburqun “Differdanj” klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, bu oyuna bilet satışı davam edir. Əldə etdiyimiz məlumata görə matç üçün 4 min bilet satılıb.  Oyunun biletləri "Azfar qrup"un Gənclik, Əhmədli, 9-cu mikrorayon, Elmlər Akademiyası metrosu əfafındakı stadionlarında və “İnter Arena”da satılır. Qarşılaşmanın keçiriləcəyi “Dalğa Arena”, Zirədəki "Eko park"da, Zirə Olimpiya İdman Kompleksində, qəsəbədəki böyük marketlərdə, eyni zamanda Türkan, Zirə və Pirallahıdakı mərkəzi yerlərdə də bilet satışı həyata keçirilir. Qiymətlər adi sektorlarda 1, 2, 3, 5 manat, VİP yerlər üçün isə 30 manatdır.

Qeyd edək ki, sözügedən matç iyunun 29-da, saat 21:00-da “Dalğa Arena”da start götürəcək. “Dalğa Arena”nın azarkeş tutumu 6500-dü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right