AL: "Qəbələ", "İnter" və "Zirə" üçün böyük gün

Bu gün Avropa Liqasının I və II təsnifat mərhələlərin in püşkü atılacaq.

Newsport.az-ın məlumatına görə, mərasimdə Azərbaycan təmsilçilər - "Qəbələ", "İnter" və "Zirə"nin rəqiblərinin adlarına aydınlqı gələcək. 

"İnter" və "Zirə" mübarizəyə I, "Qəbələ" isə ikinci təsnifat mərhələsindən başlayacaq. Hər 3 təmsilçimiz püşk zamanı "səpələnmişlər" səbətində yer alacaq. Bu isə onların nisbətən zəiflərə rəqib olması deməkdi.

I təsnifat mərhələsində 100 komanda çıxış edəcək. Ermənistan təmsilçiləri "səbələnməmişlər" sırasında yer alsa da, qaydalara əsasən klublarımıza rəqib olmayacaqlar. 

I təsnifat mərhələsinin 50 qalibi II təsnifat mərhələsinə vəsiqə qazanacaq. İlk mərhələdəki 50 cütlükdən 21 "səpələnmiş", 29-u "Səpələnməmiş" olacaq. "İnter" mərhələ adlayacağı halda yenə "Səpələnmişlər" sırasında yer alacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər:  “Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Kipr), “İnter” (Azərbaycan), “Beytar” (İsrail),  “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norçepinq” (İsveç), “Milsami” (Moldova), “Lyunqbyu” (Danimarka), “Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Bolqarıstan), MOİK (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferensvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “Zirə” (Azərbaycan)

Səpələnməmişlər: “İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Nova Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), “Vaasa” (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Atlantas” (Litva), “Suduva” (Litva), “Tirana” (Albaniya), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakai” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo)

II təsnifat mərhələsi

Səpələnmişlər: “Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Mlada Boleslav” (Çexiya), “Luzern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan)

Səpələnməmişlər: “Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixləri arasında baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right