Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Newsport.az saytının məlumatına görə, Turnirin əsas favoriti “Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı “Anderlext”i qəbul edəcək.
Belçikanın digər təmsilçisi “Genk” “Selta” ilə üz-üzə gələcək. “Ayaks” Almaniyada “Şalke”nin qonağı olacaq. Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” “Lion”la münasibətlərinə aydınlıq gətirəcək.
Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel (cümə axşamı)
23:05. "Beşiktaş” (Türkiyə) – "Lion” (Fransa) - 2:1 (penaltilər - 7:8)
Qol: Taliska, 27 (1:0), Lakazette, 34 (1:1), Taliska, 58 (2:1)
"Beşiktaş": ++++++--
"Lion": ++++++-+
İlk oyun – 1:2
23:05. "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) - 3:2
Qollar: Qoretska, 53 (1:0), Burqstaller, 56 (2:0), Kaliquri, 101 (3:0), Vergever, 111 (3:1), Counes, 120 (3:2)
İlk oyun – 0:2
23:05. "Genk” (Belçika) – "Selta” (İspaniya) - 1:1
Qollar: Sisto, 63 (0:1), Trossard, 67 (1:1)
İlk oyun – 2:3
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Anderlext” (Belçika) - 2:1
Qol: Mxitaryan, 10 (1:0), Hanni, 32 (1:1), Reşford, 107 (2:1)
İlk oyun – 1:1