Avropa Liqası: Bütün 1/4 finalçılar müəyyənləşdi YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” öz meydanında “Olimpiakos”u qəbul edəcək. İlk matçda səfərdə 1:1-lik bərabərliyə nail olan İstanbul klubuna mərhələ adlamaq üçün qolsuz bərabərlik də kifayət edir. 

Turnirin favoritlərindən olan “Mançester Yunayted” “Rostov”u sınağa çəkəcək. Bu komandaların da ilk görüşündə 1:1-lik heç-heçə qeydə alınıb. “Rostov”un “Old Trafford”da sürprizə imza atması real görünmür. 

“Rostov”dan fərqli olaraq, Rusiyanın turnirdəki digər təmsilçisi “Krasnodar”ın mərhələ adlamaq şansı heç də az deyil. İlk matçda səfərdə “Selta”ya 1:2 hesabı ilə yenilən “Krasnodar” qol buraxmadan qələbə qazanmaqla, adını 1/4 finala yazdıra bilər.

Maraqlı oyunlardan biri Romada keçiriləcək. İtaliyanın eyni adlı təmsilçisi “Lion”la üz-üzə gələcək. İlk matçda 2:4 hesabı ilə uduzan “Roma”nın bu məğlubiyyətin əvəzini çıxıb-çıxmayacağı böyük maraq doğurur. 


Avropa Liqası

1/8 final, cavab oyunları

17 mart


“Ajaks” (Hollandiya) - “Kopenhagen” (Danimarka) 2:0
Qollar: 
Traore, 23, Dolberq, 45+2
İlk oyun - 1:2

“Anderlext” (Belçika) - APOEL (Kipr) 1:0
Qol: Acheampong, 65
İlk oyun - 1:0

“Roma” (İtaliya) - “Lion” (Fransa) 2:1
Qollar:
 Diakhabi, 16 (0:1), Strootman, 18 (1:1), Tousart, 60-avtoqol (2:1)
İlk oyun - 2:4

“Borussiya” (Münhenqladbax, Almaniya) - “Şalke” (Almaniya) 2:2
Qollar:
 Kristensen, 26 (1:0), Dahoud, 45+2 (2:0), Qoretzka, 54 (2:1), Bentaleb, 68 (2:2)
İlk oyun - 1:1

“Mançester Yunayted” (İngiltərə) - “Rostov” (Rusiya) 1:0
Qol:
 Mata, 71
İlk oyun - 1:1

16 mart

22:00. “Beşiktaş” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan) - 4:1 
Qollar: 
Abubakar, 10 (1:0), Babel, 22 (2:0), Elyounuossi, 31 (2:1), Babel,  75 (3:1), Cenk Tosun, 84 (4:1)
Qırmızı vərəqə: Abubakar. 39 ("Beşiktaş")
İlk oyun - 1:1

22:00. “Genk” (Belçika) - “Gent” (Belçika) - 1:1 
Qollar: 
Kastagne, 20 (1:0), Verstraete, 84 (1:1)
İlk oyun - 5:2

22:00. “Krasnodar” (Rusiya) - “Selta” (İspaniya) - 0:2 
Qollar: 
Mallo,  52, Aspas, 80 
İlk oyun - 1:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right