Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Newsport.az-ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Türkiyə təmsilçisi "Beşiktaş" Yunanıstanın "Olimpiakos" klubuna rəqib olub. "Qara qartallar" "Osmanlıspor"u mübarizədən kənarlaşdıran yunanlardan qisas almağa çalışacaq.
Püşkün ümumi nəticəsi aşağıdakı kimidir:
Avropa Liqası
1/8 final
“Selta” (İspaniya) - “Krasnodar” (Rusiya)
APOEL (Kipr) - “Anderlext” (Belçika)
“Şalke” (Almaniya) - “Borussiya” (Münhenqladbax, Almaniya)
“Lion” (Fransa) - “Roma” (İtaliya)
“Rostov” (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan) - “Beşiktaş” (Türkiyə)
“Gent” (Belçika) - “Genk” (Belçika)
“Kopenhagen” (Danimarka) - “Ayaks” (Hollandiya)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab görüşlər isə 16-da keçiriləcək.