"Fənərbaxça" mübarizəni dayandırdı, "Mançester Yunayted" 1/8 finalda YENİLƏNİB

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilir.

Newsport.az-ın məlumatına görə, qarşılaşmalar 2 günü əhatə edir. İlk oyun günündə 3 görüş keçirilir
 
Türkiyənin “Fənərbaxça” klubu öz meydanında “Krasnodar”ı qəbul edir. Səfərdə Rusiya klubuna 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi öz azarkeşləri önündə qələbə qazanmağa və mərhələ adlamağa çalışacaq.

Qrup mərhələsində “Qarabağ”la mübarizə aparan PAOK səfərdə “Şalke” ilə qarşılaşacaq. Öz meydanında almanlara 3 cavabsız qolla uduzan Yunanıstan klubunun mərhələ keçmək şansı azdır.
 
Digər oyunda isə “Mançester Yunayted” “Sent-Etyen”in qonağı olacaq. “Qəbələ” ilə qrup mərhələsində mübarizə aparan Fransa təmsilçisi səfərdəki məğlubiyyətin (0:3) əvəzini çıxmağa çalışacaq.

Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.



22 fevral

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları
 
21:00. “Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1
Qollar: 
Smolov, 7 (0:1), Souza, 41 (1:1)
İlk oyun – 0:1 - 
 
21:00. “Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1 
Qollar: 
Şeps, 23 (1:0), Nastasiç, 25 - avtoqol (1:1)
İlk oyun – 3:0
 
21:00. “Sent-Etyen” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1 
Qol: 
Mxitaryan, 17 
Qırmızı vərəqə: 
Bailli, 63 ("Mançester Yunayted")
İlk oyun – 0:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right