"Qəbələ"nin Avroliqa statistikası: 21 futbolçu, 5 qələbə, 20 qol

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatıb. Ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” çıxışını dayandırıb.
 
Newsport.az-ın məlumatına görə, ötən mövsüm olduğu kimi qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürüb. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırıb.
 
“Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar olub.

- “Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. “Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb. 

- Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.

- “Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.

- “Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.

- Komandamız 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. “Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.

- “Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.

- Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. “Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.

- Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan “Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komandamız bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.

- Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən “qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.

- “Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.

- Fransanın “Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən “Qəbələ” “Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komandamız həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə “Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.

- Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan “Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komandamız 5 qol vurub, 14-nü buraxıb.

- “Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. “Qırmızı-qaralar” “Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.

- Futbolçularımız 1 het-trikə imza atıb. “Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.

- Yeganə dubl “Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.

- Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan “Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komandamız qapısından 10 top buraxıb.

- Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb. 

- Rəqiblərini 6 dəfə 8-ci kilmoetr qəsəbə stadionunda, 1 dəfə “Dalğa Arena”da qəbul edən komandamızın oyunlarını ümumilikdə 43273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6182-yə bərabər olub.

- 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçularımız 11 top buraxıb.


Bütün oyunlar

2016/17 mövsümü


UEFA Avropa Liqası
 
1-ci təsnifat mərhələsi
 
30 iyun. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
Qollar:
 Vojislav Stankoviç, 16, Sergey Zenyov, 19, Teo Uiks, 30, 69, 72 // Laşa Serqelaşvili, 59
 
7 iyul. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
Qollar:
 Budu Zivzivadze, 14 (pen.), Laşa Şerqelaşvili, 90+2 // Teo Uiks, 42
 
2-ci təsnifat mərhələsi
 
14 iyul. MTK (Macarıstan) – “Qəbələ” – 1:2
Qollar:
 Şandor Torqelle, 70 // Nika Kvekveskiri, 25, Filip Ozobiç, 63
 
21 iyul. “Qəbələ” – MTK (Macarıstan) – 2:0
Qollar
: Sergey Zenyov, 7, Teo Uiks, 37
 
3-cü təsnifat mərhələsi
 
28 iyul. “Lill” (Fransa) – “Qəbələ” – 1:1
Qollar:
 Rayan Mendeş, 47 // Vitali Vernidub, 13
 
4 avqust. “Qəbələ” – “Lill” (Fransa) – 1:0
Qol:
 Filip Ozobiç, 34
 
Pley-off mərhələsi
 
18 avqust. “Qəbələ” – “Maribor” (Sloveniya) – 3:1
Qollar:
 Sergey Zenyov, 37, Baqali Dabo, 50, 52 // Markos Tavares, 17
 
25 avqust. “Maribor” (Sloveniya) – “Qəbələ” – 1:0
Qol:
 Markos Tavares, 66
 
Qrup mərhələsi

 
15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Qollar:
 Lukaş Teodorçik, 14, Rafael Santos, 41-öz qapısına, Dieqo Kapel, 77 // Baqali Dabo, 20
 
29 sentyabr. “Qəbələ” – “Maynts” (Almaniya) – 2:3
Qollar:
 Ruslan Qurbanov, 57-pen., Sergey Zenyov, 62 // Yoşinori Muto, 41, Con Kordoba, 68, Levin Öztunalı, 78
 
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Qol:
 Rikardinyo, 70-öz qapısına
 
3 noyabr. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Qollar:
 Ruslan Qurbanov, 39 // Usama Tannan, 45+1, Robert Beriç, 53
 
24 noyabr. “Qəbələ” – “Anderlext” (Belçika) – 1:3
Qollar:
 Rikardinyo, 15 (pen.) - Tilemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
 
8 dekabr. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0
Qollar:
 Pablo De Blasis, 30, Aleksander Hak, 40

- Bu oyunlarda “Qəbələ”nin formasını 21 futbolçu geyinib.

- 4 futbolçu – Dmitti Bezotosnı, Rikardinyo, Filip Ozobiç və Vitali Vernidub bütün oyunlarda iştirak edib.

- Dmitti Bezotosnı və Rikardinyo 14 matçı əvəzolunmadan keçirib. Onlar Azərbaycan futbolu tarixinə bir mövsümdə avrokuboklarda ən çox dəqiqə (1260) keçirən oyunçular kimi düşüb.

- “Qəbələ”nin yerinə yetirdiyi 3 penaltidən 2-si qolla nəticələnib. Rikardinyo 2 zərbədən birini, Ruslan Qurbanov isə yeganə şansını qola çevirib.

- Dmitri Bezotosnının qapısına təyin olunan 2 zərbədən biri dəqiq olub.

- “Qəbələ”nin heyətində 9 futbolçu qol sevinci yaşayıb. Teo Uiks 5, Sergey Zenyov 4, Baqalo Dabo 3 , Ruslan Qurbanovla Filip Ozobiç hərəyə 2, Rikardinyo, Vitali Vernidub, Vojislav Stankoviç və Nika Kvekveskiri hərəyə 1 dəfə fərqlənib.

- Komandanın ən yaxşı bombardiri Teo Uiks 5 qol vurmaqla Azərbaycan klublarının futbolçularının bir mövsüm üçün məhsuldarlıq rekordunu təkrarlayıb.

- “Qəbələ”nin 10 futbolçusu ümumilikdə 20 sarı vərəqə ilə cəzalanıb. Vitali Vernudub hamıdan çox – 4 dəfə xəbərdarlıq alıb.

- Komandanın üzvləri 2 qırmızı vərəqə alıb. Teo Uiks birbaşa qırmızı, Rəşad Eyyubov 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb.

- “Qəbələ”nin oyunlarında 2 avtoqol qeydə alınıb. Rafael Santos və Rikardinyo öz qapısına qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right