Roman Qriqorçuk: "Futbolçularımı başlarını uca tutmağa çağırıram"

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Maynts” (Almaniya) – “Qəbələ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Newsport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: 

“Oyun haqda onu deyə bilərəm ki, “Maynts”ın qələbəsi tam qanunauyğundur. Meydanda baş verənlər göstərdi ki, rəqib daha güclü idi. Qələbə münasibətilə rəqibi təbrik edirəm. Öz futbolçularıma təşəkkür edirəm. Bu həm gördükləri işə, həm avrokubok mövsümünə görədir. Bu məğlubiyyətə baxmayaraq, oyunçularımı çox üzülməməyə, başlarını uca tutmağa çağırıram. Çox yaxşıdır ki, biz bu səviyyəni gördük. Futbolçular başa düşməlidir ki, nəyə can atmalıdırlar və böyük futbol oynamaq üçün nə etməlidirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right