Dino Ndlovu: "Növbəti mövsüm daha yaxşı nəticələr göstərə bilərik"

"Futbolda istənilən sürprizlə qarşılaşmaq olar. Biz son tura qədər şansımızı saxlamışdıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səhvlərimiz oldu və bu səhvlərdən dərs almağa çalışırıq. Düşünürəm ki, növbəti mövsüm daha yaxşı nəticələr göstərə bilərik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Dino Ndlovu Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində baş tutan "Qarabağ" - "Fiorentina" matçından sonra deyib.

Oyun haqda fiirlərini bildirən Dino matçın gedişi zamanı əvəz edilməsi haqda da danışıb: "Bəlkə də oynaya bilərdim. Amma son 15 dəqiqədə ağrılar hiss edirdim. Alınmırdı".

Afrikalı futbolçu "Qarabağ"ın ardıcıl üçüncü mövsüm də qrupdan çıxa bilməməsinə münasibət bildirib: "Əgər təcrübədən söhbət gedirsə, "Fiorentina" bizdən çox təcrübəli komandadı. Qrupda oynamaq bizim üçün əlavə təcrübədi. Bu, növbəti illərdə bizə faydalı olacaq". 

Ndlovu qrup mərhələsinin hər iki oyununda məğlub edə bildikləri Yunanıstanın PAOK klubunun qrupdan çıxması haqda da danışıb: "Rəqib komandalar haqda heç bir fikir bildirə bilmərəm. Məni maraqlandıran yalnız öz komandamın nəticələridi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right