Paulo Souza: "Bu gün çox güclü rəqibə qarşı oynadıq"

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda "Fiorentina"nı qəbul edib.

Newsport.az-ın məlumatına görə, qonaqların 2 - 1 hesablı qələbəsiylə başa çatan matçdan sonra təşkil edilən mətbuat konfransında baş məşqçi Paulo Souza jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ”ın bərabərlik qolundan sonra məğlubiyyət gözünüzün qarşısınada canlandı?

- Biz heç vaxt məğlubiyyəti gözümüzün qarşısına gətirmirik. Həmişə çox qol vurmaq istəyirik. Bu gün çox güclü rəqibə qarşı oynadıq. “Qarabağ” hücum futbolu oynadı. Buna görə onların baş məşqçisinə təşəkkür düşür.

- Gözlədiyiniz kimi oyun oldu?

- Bəli. oyun asan olmadı, çox çətin keçdi. Gözəl futbol sərgiləyən komandaya qarşı oynadıq. Bundan sonra da belə davam etmək istəyirik. Ötən ilə baxanda bu il oyunumuzda irəliləyiş var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right