"Qrupdan çıxmamağımıza görə məyusuq" - Qurban Qurbanov

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Florensiya təmsilçisinin 2 - 1 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra baş tutan mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Deyiləcək çox söz yoxdu. Qələbə qazanmalıydıq. Məğlub olmağımıza baxmayaraq, futbolçulara təşəkkür edirəm. Güclü rəqibə qarşı oynadıq. Amma çox sadə qollar buraxdıq. Buna baxmayaraq öz oyunumuzdan əl çəkmədik, layiqli mübarizə apardıq. Belə havada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. "Fiorentina”ya uğurlar arzu edirəm. Bu komandanın oyununu izləmək hamımız üçün maraqlıdı. Həmişə onların oyununa baxacam, azarkeşlik edəcəm.

- Artıq 3-cü dəfədi qrupdan çıxa bilmirik. Qrupdan çıxmaq üçün daha güclü futbolçular transfer etmək olmaz?

- O səviyyəyə çatmaq üçün çempionatımızın səviyyəsini qaldırmalıyıq. Bu, bir komanda ilə düzələn iş deyil. Bütün komandalarımız eyni səviyyədə olmalıdı. Biz gənc ölkəyik. Amma italyanların çox təcrübəsi var. Mən futbolçularımdan razı qaldım. Amma güclü transferlər də lazımdı. Qrupdan çıxmaq üçün şansımız var idi. Bəlkə də hardasa səhv etmişik, alınmadı.

- Bu günkü oyun Rəşad Sadıqov üçün Avropada son oyun ola bilər?

- Xeyr.

- Düşünmək olar ki, legioner limitinin əziyyətini çəkir?

- Limitdən şikayətlənməyimiz düzgün olmaz. 3 il də son oyuna kimi şansımız var idi. Ölkə futbolunu stabil səviyyəyə çatdırmaq üçün vaxt lazımdı. Desəm ki, limit olmasa daha irəli gedərdik, yalançı olaram.

- Bu oyundan sonra komandanın çempionata köklənməsi çətin olmayacaq?

- Üzücü olacaq hər bir futbolçu üçün. Soyunub-geyinmə otağında hamı çox məyus idi. Çalışacağıq ki, köklənməkdə problem olmasın.

- PAOK – “Slovan” oyununun hesabıyla maraqlanırdız?

- Bəli. Hesabdan xəbərim var idi. Bu da bizə təsir edirdi.

- Hər ikioyunda məğlub etdiyiniz PAOK-un qrupdan çıxması sizə necə təsir edir?

- Qrupdan çıxmamağımıza görə məyusuq. Amma PAOK da qrupdan çıxmağa layiq idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right