"Maynts"ln baş məşqçisi: "Qəbələ" qrupda ciddi oyun göstərib"

"Biz yaxşı komanda olduğumuzu və rəqib üzərində qələbə qzaanmaq üçün yetərincə yaxşı keyfiyyətlərimizin olduğunu bilirik".
Newsport.az-ın məlumatına görə, bu sözləri Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt bildirib.
 
Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında fikirlərini açıqlayan isveçrəli mütəxəssis Bakıdakı oyunu yaxşı xatırlayır. Onda komandası hesabı açsa da, sonradan 2 qol buraxdığından məğlub olmaq təhlükəsi vardı. Ancaq "Maynts" yekunda vurduğu 2 qolla 3:2 hesablı əzmkar qələbə qazanmağı bacarıb.
 
"Qəbələ"nin çempionatda "Qarabağ"a uduzmaqla ilk məğlubiyyətini almasından, liderliyini itirməsindən xəbərdar olan Şmidt rəqibinə hörmətlə yanaşır. Onun fikrincə, "qırmızı-qaralar" qrupda hər 5 oyununda yenilməsi arxayınlaşmağa əsas vermir: "Qəbələ" qrup mərhələsində ciddi oyun nümayiş etdirib. Hətta oyunun bəzi mərhələlərində meydanda ən yaxşı komanda olub. Öz komandama güvənirəm və qarşıdakı matçda yaxşı nəticə ilə bağlı böyük inam var. Qələbə çempionatda Mönhenqladbaxt" "Borussiya"sı ilə bazar günü keçiriləcək qarşılşamna öncəsi vacibdir. Həmin mat hər iki komandaya qələbə baıxmından önəmlidir". 
 
Şmidti sevindirən dadah bir məqam heyətdə zədəli futbolçularla bağlı ciddi itkinin olmamağıdır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right