Ruslan Qurbanov: "Fanatlarımızı sevindirmək istəyirik"

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Maynts"la oyun öncəsi fikirlərini bildirib.

Newsport.az -ın məlumatına görə, o, keçirilən mətbuat konfransında qarşılaşmaya ciddi hazırlaşdıqlarını deyib:

"Səfər oyununa yaxşı nəticə üçün gəlmişik. Yaxşı nəticə qazanıb, Qəbələyə yüksək əhval-ruhiyyə ilə qayıtmaq istəyirik ki, ilin son matçlarına hazırlaşaq. Lakin indi yalnız “Maynts”la oyunu düşünürük".


R.Qurbanov bildirib ki, Avroliqada oyunlarda yaxşı imkanları da olub:

"Amma şansları qaçırdıq. Lakin futbolda belə hallar olur. Hardasa bəxtimiz gətirmədi, hardasa hazır olmadıq. Sabah yaxşı, gözəl futbol nümayiş etdirib, fanatlarımızı, Azərbaycanda “Qəbələ”yə azarkeşlik edəcək hər kəsi sevindirək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right