“Qarabağ”dan 1 xal alsaq, kifayətdir” – “Fiorentina”nın futbolçusu

“Bu oyun hər iki komanda üçün vacibdir. Qrupdan çıxmaq üçün “Qarabağ”dan 1 xal almağımız kifayətdir”.

Newsport.az-ın  məlumatına görə, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesino Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyun haqda danışarkən  deyib.

Uruqvaylı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında Avropa Liqasının finalında oynamağı aruzladığını bildirib: “Fiorentina”nı titullarla tərk etmək istəyirəm. Bu mövsüm Avropa Liqasını qazanmaq əla olar. Daha sonra isə İngiltərə Premyer Liqasında oynamaq istəyirəm”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right