"Anderlext"in baş məşqçisi: "Qəbələ"yə qarşı oynamaq çox çətin oldu"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin V turunda Belçikanın "Anderlext” klubunu qəbul edib.

Newsport.az-ın məlumatıəna görə, "Bakcell Arena”da baş tutan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 
 

Oyundan sonra baş tutan mətbuat konfransında "Anderlext”in baş məşqçisi Rene Veyler fikirlərini bildirib:
 
"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Biz bu oyuna hazır idik. "Qəbələ” ilə oyun bizim üçün çox çətin oldu. Qələbə qazandığımız üçün çox şadam”.
 
- Öncəki oyunlarda zəif çıxışa görə tənqidlərə məruz qalmışdız.. Bundan sonra da tənqidlərin davam edəcəyini gözləyirsiz?
- Mən tənqidləri nəzərə almıram.Növbəti oyunlarda yaxşı oynamağa və qələbələr qazanmağa çalışacağıq
 
- Oyun zamanı Stansiu zəif çıxış etdi. Bunun səbəbi nədir?
- Razıyam ki, Stansiu zəif çıxış etdi. Amma oyun geridə qalıb, qələbə qazanmışıq. Çox şadıq. Bizim futbolçular çox cavandı və səhvlər olur. Onlar çalışırlar ki, yaxşı oyun sərgiləsinlər. Bu gün futbolçularımız yaxşı futbol sərgilədilər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right