"Qəbələ"nin məşqçisi: "Oyundan əvvəl belə tapşırıq vermişdik"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” qrup mərhələsinin V turunda Belçikanın "Anderlext” klubunu qəbul edib.

Newsport.az-ın məlumatıəna görə, "Bakcell Arena”da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
 

Oyundan sonra baş tutan mətbuat konfransında "Qəbələ”nin məşqçisi Sənan Qurbanov fikirlərini bildirib:
 
"Üzücü oyun oldu. Uşaqlar yaxşı oyunla yadda qaldılar. Ani diqqətsizliklər sayəsində qapımızda qollar gördük. "Anderlext” kimi komanda ilə oyunda edilən səhvlər hər bir komandaya baha başa gələ bilər. Məncə, uşaqlar yaxşı futbol sərgilədilər”.
 
- Məğlubiyyətin əsas günahkarı kimdi?
- Mən komandada köməkçi-məşqçiyəm. Baş məşqçimiz komandaya öz göstərişlərini vermişdi. Əlbəttə, məğlub olmaq xoş deyil. Çalışacağıq ki, bundan sonrakı oyunlarda səhvlərə yol verməyək. 
 
- Oyundan öncə penaltiləri Rikardinyonun vuracağını müəyyənləşdirmişdiz, yoxsa?
- Oyundan əvvəl belə tapşırıq vermişdik. Rikardinyo özünə inanırdı. Məncə, ikinci penaltini vura bilməməsi, sırf psixoloji durumla bağlıdı. 
 
- Dabonun durumu necədi, "Qarabağ”a qarşı oynaya biləcək?
- Dabonun topuq nahiyəsində problem var. "Qarabağ”a qarşı oynayıb-oynamayacağı tibbi müayinələrdən sonra bəlli olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right