"Asan olmayacaq" - Miçel Madera

Avropa Liqasının qrup mərhələsinin V turunda "Slovan"la qarşılaşacaq "Qarabağ"ın futbolçusu Miçel Madera qarşılaşmadan bir gün öncə təşkil edilmiş mətbuat konfransında çıxış edib.
Newsport.az-ın Liberetsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi oyunla bağlı bunları deyib:
 
"Həm bizim, həm də rəqib üçün çətin oyun olacaq. Qələbə qazanıb, növbəti mərhələ üçün yaxşı addım atmağı düşünürük. Amma bu, asan olmayacaq. Bakıdakı oyunda istədiyimiz nəticə qazana bilməmişdik. Ancaq ümid edirik ki, istədiyimiz nəticə qazanacağıq. "Slovan" bizə qarşı dinamik oynayacaq. Oyunda daha diqqətli olmalıyıq. Nəticə qazanmaq üçün bu, çox vacibdi.  Meydançanın durumu ilə bağlı fikrim isə müsbətdi". 
 
Mərdan HƏSƏNOV Liberets
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right