Rəşad Sadıqov Avropa Liqasının rəmzi yığmasında!

Avropa Liqasının qrup mərhələsinin IV turu geridə qalıb.

Newsport.az-ın məlumatına görə, UEFA həftənin rəmzi komandasını hazırlayıb. Simvolik heyətdə "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da var.

Əlavə edək ki, təcrübəli futbolçu PAOK - "Qarabağ" (0:1) matçında oyunun ən yaxşısı seçilmişdi.

Qapıçı: Ralf Fermann ("Şalke")

Müdafiəçilər: Rəşad Sadıqov ("Qarabağ"), Vircil Van Dayk ("Sauthempton"), Numan Çürüksu ("Osmanlıspor")

Yarımmüdafiəçilər: Huan Hi Çan ("Zalsburq"), Julyano Poula ("Zenit"), Nikolae Stanku ("Anderlext"), Tayson ("Şaxtyor")

Hücumçular: Edin Ceko ("Roma"), Arits Aduris ("Atletik"), Musa Sou ("Fənərbaxça")

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right