"Bizim üçün qürurvericidir" - Rəşad Sadıqov

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən PAOK -"Qarabağ" matçı təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra ağdamlıların kapitanı Rəşad Sadıqov qələbəni şərh edib:
 
"Bizim üçün qürurvericidir ki, xalqımızı sevindirə bildik. Heç-heçə də bizim üçün yaxşı nəticə idi. Şükürlər olsun ki, qələbə qazandıq. Son iki saatda bildim ki, oynayıram. Bugünə qədər oynamaq planımda yox idi. Qurban Qurbanov məndən oynayıb-oynamayacağımı soruşdu. Mən də "siz meydana buraxsaz, "yox" deyə bilmərəm" söylədim. Əlimizdən gələni etdik. Optimal formada deyildim. Komanda ilə cəmi bir məşq etmişdim. Hər kəsi təbrik edirəm. Xalqımıza bu qələbə çox vacib idi. Qarşıda bizi çətin iki oyun gözləyir. Heç birimiz arxayınlaşmlı deyilik".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right