Qurban Qurbanovdan qələbə şərhi: "İşimiz çətinləşdi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov PAOK üzərində qazanılan qələbəni şərh edib.

Newsport.az-ın məlumatına görə, təcrübəli çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Bütün "Qarabağ" camiəsini təbrik edirəm. Oyun düşündüyümüz kimi alındı. Həm ağır, həm gərgin, həm stressli bir atsmoferdə oyun keçirdik. Çox yaxşı bir komandaya qalib gəldik. Hamını təbrik edirəm.

- Miçelin qoluna kimi həmin anı bizim üçün təsvir edərdiniz. Əvəztməyə qədər nə düşünürdüz və necə oldu ki, onu məhz o dəqiqələrdə meydana buraxdınız.

- Bəzən əvəzetmələr çox uğurlu alınmır. Rahid bu gün çox iş gördü. Rəqibin sol tərəfi çox texnikalı və sürtli bir "üçlük"dü. Həmin zonada Maksim, Rahid Qara, Dani çox oynamağa ehtiyac var. Düzgün oynayıb, bir-birilərini yaxşı tamamladılar. Get-gedə hiss etdik ki, topla daha çox oynamağa ehtiyac var.

- Bu qələbədən sonra komandamızın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiz?

- Bu qələbə işimizi nə qədər asanlaşdırdısa, bir o qədər də çətinləşdirdi. Çünki üzərimizə böyük məsuliyyət düşür. Qarşıda iki oyun var. Şanslar 50/50-di.

- Hiss olundu ki, rəqibi hər iki oyunda rəqibi düzgün analiz etmişdiz və iki matçda yaxşı oynadınız. PAOK-un "Qarabağ"a yaşatdığı ən çətin anlar hansı idi?

- Çətinlik həm burada, həm də Bakıda da oldu. Ən əsas sağ və sol cinah müdafiəçiləri sürətlə hücuma çıxırdı.PAOK həm standart vəziyyətlərdə, həm də künc zərbələrində çox təhlükəli idi. Xüsusən də Bisesvarın bir sürətli keçidini qeyd etmək istəyərdi.

- "Qarabağ" "Viktoriya" ilə oyundan sonra çox dəyişib. Razısızmı?

- Daha uğurlu nəticə əldə etmək üçün öz üzərimizdə daha çox çalışmalıyıq. Baxmayaraq ki, biz evdə son dəqiqədə qol buraxdıq, həmin oyunda komandamın çıxışından razı qaldım. Hər ötən oyundan sonra komanda daha yaxşı çıxış etməyə başlayır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right