"Sent Etyen"in baş məşqçisi mətbuat konfransını yarımçıq tərk etdi!

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Qəbələ" - "Sent Etyen" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən fransızların baş məşqçisi Kristof Qaltye qələbəni şərh edib
 
"Çox vacib qələbə qazandıq. Bu, bizə növbəti matçlarda kömək olacaq. İlk hissədə topa nəzarət bizdə idi. Lakin ikinci 45 dəqiqədə rəqib üstünlüyə yiyələndi. Çünki tam gücümüzlə oynamadıq. Rəqibimiz də zəif deyildi".
 
"Bundan öncə Bakıya "Qarabağ"ın rəqibi kimi gəlmişdiniz. Qarşılaşmadan sonra "Qəbələ" ilə "Qarabağ"ın gücünü müqayisə edə bilərsiniz?" sualından sonra qonaqların çalışdırıcı mətbuat konransını əsəbləşərək yarımçıq tərk edib. Buna səbəb isə yerli telekanalların operatorlarının mətbuat konfransında səs salması olub. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right