Roman Qriqorçuk: "Peşiman deyiləm"

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Qəbələ" - "Sent Etyen" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti şərh edib.
 
- Birinci hissədə baş verənlərlə bağlı fikirlərinizi bildirərdiz. Nə baş verdi?

- Hakimin qərarlarıdan narazı idim. Ona görə də emosional davrandım. Belədə ki, peşiman deyiləm.

- Həmişə deyirdiz ki, təcrübə yığırıq. Bəs təcrübəli "Qəbələ"ninə vaxt görəcəyik?

- Bir şey demək istəmirəm. Bu 4-cü oyunumuz idi. Rəqiblə başabaş oynadıq və bu da komandamızın ikişafını göstərir.

- Razısızmı iki kobud səhvdən snra qələbəni əldən verdiz?

- Belə deməzdim. Yalnız ikinci qolun səhvdən vurulduğunu bildirə bilərəm. Düşünməyin ki, bu Rəşadın səhvi idi və bağışlamamalıyam. Xeyr, əksinə onu dəstəkləyirəm və buna görə qınamıram. 

- Hakim səhvlərinin oyuna təsiri oldu? Bir də Bezotosnının səhvinə görə cəza gözlənilir?

- Belə suallar verildiyinə görə təssüf hissi keçirirəm. 

- Təsnifat mərhələsində gördüyümüz Uiksi indi görmürük. Nə baş verir?

- Deməzdim ki, pis çıxış etdi. Ola bilsin əvvəl dayaq yarımmüdafiəçisi oynadığına görə oyunu kifayət qdər alınmadı.

- Son iki oyundan necə istifadə etməyi düşünürsüz? Onsuz da "Qəbələ"nin itirəcəyi nəsə qalmayıb.

- Son iki oyunda şans qalmayıb. Amma hər oyunda təcrübə yığmaq imkanımız var. Fikrimcə futbolçular da mənim kimi yanaşır. Hansısafutbolçunun fərqli yanaşması məni təəccübləndirər. 

- Bəzn baş məşqçilər oyunu tribnadan izləyirlər. Sizcə tribunadan "Qəbələ" necə görünürdü?

- Təbii ki, baş məşqçi öz yerində olmalıdı. Amma tribunadan baxanda meydança çox yaxşı görünür. Çalışmaq lazımdı ki, öz yerində qalasan. (gülür)

- "Qəbələ" həm ötən, həm də indiki mövsümdə təsnifat mərhələsində göstərdiyi oyunu indi göstərmir. Bu çempionatın zəif keçməsi ilə əlaqədardı?

- Razılaşmıram...




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right