“Qarabağ”la PAOK bu start heyətiylə oynayacaq Yunanıstan mətbuatı

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Yunanıstan mətbuatı Bakı vaxtı ilə gecə saat 00.05-də start götürəcək matçın təxmini start heyətlərini yazıb:

PAOK-un təxmini start heyəti: Panagiotis Qlikos, Leo Matos, Xose Anxel Krespo, Georgios Tzavellas, Marin Leovats, Qoyko Tsimirot, Xose Kanas, Yannis Mistakidis, Dieqo Bisesvar, Qarri Rodriges, Stefanos Atanasiadis.

“Qarabağ”ın təxmini start heyəti: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Migel Madera (Miçel), Dani Kintana, Muarem Muarem, Reynaldo.

Yunan həmkarlarımızın yazdığına görə, “Qarabağ”da Rəşad Sadıqovu Arif Daşdəmirovun, Migel Maderanı (Miçel) Rahid Əmiruliyevin, Reynaldonu isə Dini Ndlovunun əvəzləməsi ehtimalı yüksəkdi.

PAOK-da isə Stefanos Atanasiadis meydana çıxmayacağı halda, “Qəbələ”nin sabiq hücumçusu Fakundo Pereyra iş başında ola bilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right