“Barselona”da Arda Turan şoku

"Barselona”nın futbolçusu Arda Turan növbəti dəfə zədələnib.

Newsport.az-ın məlumatına görə, bir neçə gün öncə zədəsini sağaldan türkiyəli futbolçu komandanın bu gün baş tutan məşqində zədələnib.
 
Arda zədəsinə görə, məşqi yarımçıq tərk edib. Futbolçunun La Liqanın XI turunda "Sevilya” ilə matçda iştirak edib-etməyəcəyi tibbi müayinədən sonra bəlli olacaq. Böyük ehtimalla futbolçu "Sevilya” ilə oyunu buraxmalı olacaq. 
 
Qeyd edək ki, "Barsa”da Andres İnyesta, Pike, Xordi Alba, Ceremi Matyu və Aleiks Vidal da zədədən əziyyət çəkir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right