PAOK-un 6 futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsində növbəti oyununa çıxır.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi IV tur çərçivəsində Yunanıstanın PAOK klubunun qonağıdı. 
 
Artıq Saloniki təmsilçisinin oyun üçün iyekun ştirak ərizəsi də  müəyyənləşib. Komandanın baş məşqçisi Vladimir İviç "Qarabağ”la oyunda 19 futbolçunun xidmətindən istifadə etdməyi planlaşdırır.
 

Belə ki, İviç bu oyunda 6 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Markos Vellidis, Dimitris Cannulis, Nikos Korovesis,  Dimitris Pelkas, Calma Kampos və Eftimis Kolourisin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Sonuncu 3 futbolçu zədə səbəbindən "Qarabağ”la oyunu buraxacaq.
 
Qeyd edək ki, "Tumba” stadionunda baş tutacaq PAOK – "Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right