UEFA-dan "Qarabağ" və "Qəbələ" üçün 376 min avro

UEFA Avropa Liqası turnirinin 2015/2016-cı il mövsümündə qrup mərhələsində çıxış etmiş "Qarabağ” və "Qəbələ” klublarının büdcəsinə növbəti maliyyə vəsaiti köçürülüb.

Newsport.az-ın məlumatına görə, qeyd olunan vəsait hər iki klubun ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış bonusdu.

Avropa futbol qurumu tərəfindən verilən vəsait AFFA-nın vasitəçiliyi ilə artıq hər iki klubun hesabına daxil edilib. "Qarabağ” 376 min 952 avro, "Qəbələ” 376 min 814 avro irəli düşüb.
Qeyd edək ki, 376 min avro Azərbaycan pulu ilə 689 min manat edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right