"Sent-Etyen"in futbolçusu: "Qəbələ"ni zəif rəqib kimi qəbul etmirik"

"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sent Etyen”i qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, “Sent-Etyen”in futbolçusu Cordan Veretu jurnalistlərin suallarını cavablandırıb.

- Bizim üçün önəmli oyundur, asan olmayacaq. Oyuna tam hazırıq və qalib gəlməyə çalışacağıq.

- “Qəbələ”yə necə yanaşırsız?

- “Qəbələ”ni zəif rəqib kimi qəbul etmirik. Oyuna ciddi hazırlaşmışıq, çətin olacağını bilirik. Qrupda zəif komanda yoxdur.

- Özünü oyuna hazır sayırsan?

- 5 ay oynamamışdım, əlbəttə, bunun təsiri var. Komandamız güclü futbolçulardan təşkil olunub. Var gücümüzlə mübarizə aparacağıq.

- Qələbə qazanmaq üçün nə lazımdır?

- Qələbə qazanmaq üçün imkanlarımızı qola çevirməliyik. 

- “Qəbələ”nin zədəli futbolçuları sıraya dönüb. “Qəbələ”dən hansı cəhətinə görə çəkinirsiz?

- Bilirdim ki, zədəli futbolçuları var. Bizim öz oyun tərzimiz var. Oyuna yaxşı hazırlaşmışıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right