“Rəqiblərimizin çempionatlarında oynaya bilərəm” – Filip Ozobiç

"Lill"ə qol vurub mərhələ adladığımız üçün xoşbəxtəm. Sabahkı oyun çox çətin olacaq.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Qəbələ”nin futbolçusu Filip Ozobiçə məxsusdu.
"Qəbələ” Avropa Liqasının qrup mərhələsinin IV turunda Fransanın "Sent Etyen” klubunu qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirən xorvatiyalı futbolçu qələbə qazanmaq üçün əllərindən gələni edəcəyini bildirib: "Çalışacam ki, yenə qələbə üçün əlimizdən gəlıni edim. Amma komandamız bir futbolçudan ibarət deyil. Düzdü, ciddi itkilərimiz var. Hər futbolçunun da öz yüksəl səviyyəsi var”. 

Öz oyunu haqda danışan Filip rəqiblərin çempionatında oynamaq gücündə olduğunu vurğulayıb: "Özümə inanıram. Bilirəm ki, rəqiblərimizin çempionatlarında oynaya bilərəm".

 
 
futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right