Roman Qriqorçuk: "Möcüzəni reallaşdırmağa çalışacağıq"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" sabah qrup mərhələsinin IV turunda "Sent Etyen"i qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında çıxış edən "qırmızı-qaralar"ın çalışdırıcısı Roman Qriqorçuk oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb: 
 
- Oyundan əvvəl komandanın düşərgəsində vəziyyət necədi?
- Əvvəlcədən dəqiq nəsə demək çətindi. Dəqiq olan odu ki, Dabo oynamayacaq. Nika Kvekveskiri, Elvin Camalov və Rəşad Sadiqov zədədən yeni qayıdıb. Bizə lazımdı ki, meydana tam hazır olan futbolçuları buraxaq.
 
- Bu qarşılaşmanı qrupdan çıxmaq adına "ölüm-qalım" matçı adladırmaq olar?
- Biz sadəcə, gücümüzü ötən ilki çıxışımızla müqayisə edə bilərik. Belə qrupdan çıxmaq möcüzəyə bərabərdi. Bilirik ki, bizdən qat-qat güclü olan komandalara qarşı oynayırıq. Təbii ki, qrupdan çıxmaq istəyirik. Ancaq hər şeyə real yanaşmaq lazımdı. Rəqiblərimiz yüksək səviyyəli çempionatların komandalarıdı. Buna baxmayaraq, təslim olmayacağıq.Möcüzəni reallaşdırmağa çalışacağıq
 
- Fransada keçirilən qarşılaşmada "Sent Etyen" sürətli futbol təklif etmişdi. Bunun nəticəsində də nəticə qazandılar. Sabahkı oyunda tempi aşağı salmaq fikrində deyilsiz?
- Xeyr! Biz müdafiədə oynamağı fikirləşmirik. Ancaq hücum futboluna üstünlük verəcəyik. Nə qədər ki, "Qəbələ"dəyəm üslubumuz dəyişməyəcək. Yalnız hücum futbolu ilə yaxşı nəticə qazanmaq mümkündü.

- Qrupda oynadığınız 3 rəqibdən hansı daha güclüdü?
- Hər komandanın gücü fərqlidi. Hər birində sürətli futbolçular var. Nəticəni də məhz bunun hesabına qazanırlar.
 
- "Qəbələ" son vaxtlar zədə epidemiyasından əziyyət çəkir. Onların yoxluğunda isə ehtiyatda oturan oyunçular şans qazandı. Necə düşünürsüz, indiki durumda ehtiyat oyunçular skamyasında oyunun taleyini dəyişə biləcək futbolçular var?
- Bizim yanaşmamız dəyişməzdi. Sabah meydançaya tam hazır olan futbolçular çıxacaq.
 
- Son vaxtlar görürük ki, meydanda istək rəqib komandanın gücünə qalib gəlir. Bilmık istərdik, "Qəbələ"nin istəyi güclüdü, yoxsa "Sent Etyen"in gücü?
- Fikrimcə, 10-cu və ya 20-ci yerdə durur. Əsas olan komandanın mexanizmidi. Bunin əsasında daha çox nəticə qazanılır.
 
 
futbol11.az 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right