“Qarabağ”la oyun qrupdan çıxmaq baxımından çox önəmlidi"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsində növbəti matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi IV tur çərçivəsində Yunanıstanın PAOK klubunun qonağı olacaq. 
 
Saloniki təmsilçisinin baş məşqçisi Vladimir İviç sabah baş tutacaq qarşılaşma haqda yerli mətbuata açıqlamasında fikirlərini bildirib. Mütəxəssis qeyd edib ki, "Qarabağ”la oyun qrupdan çıxmaq baxımından önəmlidi: "Bu dəfə tam fərqli komanda ilə qarşılaşacağıq. İşimiz çox ağır olacaq. "Qarabağ”la oyun qrupdan çıxmaq baxımından çox önəmlidir. Yüz faiz gücümüzü ortaya qoyacağıq”. 

Qeyd edək ki, sabah keçiriləcək PAOK – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right