PAOK-da ciddi itki: “Qarabağ”a qarşı oynaya bilməyəcək

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ” qrup mərhələsinin IV turunda səfərdə Yunanıstanın PAOK klubunun qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, Saloniki təmsilçisi "Qarabağ”la oyuna ciddi itki ilə çıxa bilər. 
 
Belə ki, komandanın aparıcı hücumçusu Calmpa Kampos zədələnib. Yerli mətbuatda yer alan xəbərlərə görə, Anqola millisinin üzvü komandanın məşqlərinin birində əzələsindən zədə alıb. Onun "Qarabağ”la görüşdə iştirak etməyəcəyi gözlənilir. 
 
Qeyd edək ki, PAOK - "Qarabağ”  görüşü noyabrın 3-ü saat 00:05-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right