Poqba Bakıya gəlir

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda qarşılaşacağı Fransanın "Sent-Etyen" klubunun Azərbaycana hansı heyətlə gələcəyi bəlli olub. 

Newsport.az-ın məlumatına görəFransa təmsilçisinin Bakıya gətirəcəyi futbolçular aşağıdakılardı:

Qapıçılar: Antoni Mezonnyal, Stefan Ruffye, Jessi Mulen;

Müdafiəçilər: Kevin-Teofil-Katern, Pyer-İv Poloma, Leo Lakrua, Şeyx M`Benqe, Florentin Poqba, Loin Perrin, Kevin Malkui;

Yarımmüdafiəçilər: Vensan Pajo, Brian Dabo, Anri Seve, Jordan Veretu, Ole-Kristian Selnes;

Hücumçular: Nolan Ru, Ussama Tannan, Kevin Monne-Pake, Aleksandr Sederlunn, Robert Beriç, Arno Nordin.

Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" matçı noyabrın 3-də keçiriləcək və saat 22:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right