"Qarabağ"ın məşqinin, Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşdi

Avropa Liqasında çıxış edən "Qarabağ" PAOK oyunu üçün bu gün Yunanıstana yola düşəcək.

Newsport.az-ın məlumatına görə, "köhlən atlar” saat 19:00-da Bakı-Saloniki reysi ilə səfərə yollanacaq.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah yerli vaxtla saat 19:00-da jurnalistlərin suallarını cavablandıracaq. Komanda oyunöncəsi son məşqini isə sabah - yerli vaxtla saat 19:30-da qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right