“Erkən qol vursaq, “Qarabağ”ı məğlub edə bilərik”

"Qarabağ”la oyundan öncə qələbə qazanmaq vacib idi. Qələbə seriyamızı davam etdirməliyik”.

Newsport.az-ın məlumatına görə, bu sözlər Yunanıstanın PAOK klubunun futbolçusu Xose Kanasa məxsusdu.
Saloniki təmsilçisi ölkə çempionatının VII turunda AEK-i məğlub edib – 1:0. Maçtdan sonra klubun rəsmi saytına açıqlama verən ispaniyalı futbolçu "Qarabağ”la bir neçə gün sonra baş tutacaq oyun haqda danışıb. 
Ağdam klubu ilə Bakıda keçirilən oyunu xatırlayan futbolçu rəqibin çox güclü olduğunu deyib: "Qarabağ”ın Bakıdakı oyun sübut etdi ki, rəqib çox güclüdü. İlk oyunda başa düşdük ki, "Qarabağ” a oynamağa imkan vermək olmaz. Onlarla oyundan dayanmadan pressin etmək lazım gələcək.Çox çətin oyun olacaq. Üstünlüyümüz odu ki, biz öz meydanımızda oynayacağıq. Komandada əhval-ruhiy də yüksəkdi. Erkən qol vursaq, "Qarabağ”ı məğlub edə bilərik”.

Qeyd edək ki, Salonikidə keçiriləcək  PAOK - "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right