"Qəbələ" "Sent-Etyen"i qabaqladı

Avropa Liqasının qrup mərhələsində "Qəbələ” evdə "Sent-Etyen”i qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, adıçəkilən komandaların oyunöncəsi son məşqinin və baş məşqçilərin mətbuat konfransının vaxtı bəlli olub.

İlk olaraq jurnalistlər önünə "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk çıxacaq. O, 18:15-dən etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Təmsilçimizin çalışmaları isə 19:00-a nəzərdə tutulub.

Bundan yarım saat sonra isə qonaqların baş məşqçisi Kristofer Qaltye ona yönələn suallara cavab verəcək. "Ağ-yaşıllar” 20:00-da oyunöncəsi son məşqinə çıxacaq. Hər iki mətbuat konfransı və komandaların məşqləri "Bakcell Arena”da baş tutacaq.

 

Qeyd edək ki, bu matç noyabrın 3-ü, saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right