"Qəbələ" Bakı Metropoliteninə müraciət etdi

"Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib. 

Newsport.az-ın məlumatına görə, Klubun baş meneceri Zaur Əzizov deyib ki, məktubda Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə yollana bilmələrinə şərait yaradılması xahiş olunub.

Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlanacaq. Oyun metronun bağlanacağı ərəfədə - saat 24:00 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında yetişə bilməyəcəklər. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.

Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".

spportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right