Qara Qarayev: “Hazırda PAOK-un şansı “Qarabağ”dan çoxdur”

"Qarabağ”ın futbolçusu Qara Qarayevin müsahibəsi
 
- Qrupda ilk qələbəni qzaanmaq nə qədər çətin oldu?

- PAOK təhlükəli rəqib olduğunan ona qarşı oynamaq bizim üçün çətin idi. Matç gərgin, ağır atmosferdə keçdi. Yunanlar bizdən öncə səfərdə "Liberets”ə qalib gəldiyindən yüksək motivasiyada idilər. Belə bir komandalara qarşı oynamaq çətindir. Düşünürəm ki, meydan, azarkeş amili xeyrimizə oldu. Layiqli qələbə qazandıq.
 
- "Qarabağ” ciddi itkilərə baxmayaraq, yenə çətin sınaqdan üzüağ çıxdı. Bu, nəyin göstəricisidir?

- Reynaldo Silva, Migel Madera və daha öncə zədələnən Əfran İsmayılov əsas heyət üzvlərimizdir. Onların olmamağı gücümüzü bir az azaltdı. Ancaq "Qarabağ”ın elə bir komandadır ki, burda əsas heyətdə oynamağa 11 yox, 22-25 layiqli futbolçu var. Baş məşqçimiz Qurban Qurbanovun seçimi olduğundan, müəyyən itkilərə baxmayaraq alternativ heyəti qurmağı bacardı.
 
- PAOK-la qarşıdakı oyun daha ağır olacaq. Məlumdur ki, Yunanıstandakı ab-havada, rəqibin güclü azarkeşi dəstəyi altında oynamaq çox çətindir. Üstəlik, təxribat da ola bilər…


- Elə ona görə də meydanda aha çox mübarizə aparmaq və diqqətli oynamaq lazımdır. Sözsüz ki, təxribata getməməliyik. Bakıdakı oyunda bəzi epizodlar oldu ki, rəqib təxribata çalışdı. Ancaq Yunanıstanda daha diqqətli olub, daha sakit oynamaq lazımdır. Meydanda oyun plannında aqressiv olmalıyıq.
 
- Salonikidə uduzmasaq, PAOK-la şəxsi oyunlarda üstün olacağıq ki, bu da böyük üstünlük olacaq…

- Səfərdə ən azından uduzmamağımız laızmdır. Buna nail olsaq, qrupdan çıxmaq yolunda böyük addım atmış olacağıq. Yunanıstanda məğlub olmamağın bizə çox köməyi olacaq.
 
- Bir şeyi də nəzərə "Qarabağ”ı qarşıda təkcə Salonikiyə yox, ümumiyyətlə, 2 ardıcıl səfər oyunu gözləyir. Bu, komandaya nə dərəcədə çətinlik yarada bilər?

- Ola bilər ki, komandamız bu ardıcıl səfər matçlarında əlavə yüklənsin. Ancaq düşünürəm ki, "Qarabağ” bu çətin vəzifənin öhdəsindən layiqincə gələcək. Belə görütəndə, 1 ev oyunumuz qalıb. O da son turda "Fiorentina” ilə. Qrupdan çıxmaq məsələsini qarşıdakı səfər oyunlarında həll etməyimiz lazımdır. Vəsiqənin taleyini "Fiorentina” ilə matça saxlamaq risk etmək bir şeydir.
 
- Bu vacib qələbədən sonra 1/16 finala çıxmaq şansımız nə qədər artıb?

-Düşünümrəm ki, şansımız artıb. Yalnız indi PAOK-la eyni xalımız oldu. Rəqib bu dəfə evdə oynayacağıq. Bütü bunları nəzər alsaq, hazırkı vəziyyətdə PAOK-un şansının bizdən çox olduğunu deyə bilərəm.

sportnet.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right