"Rəşad "abi"nin meydanda olması, bizdə özünəinam yaradır"

“Qarabağ”ın futbolçusu Muarem Muarem PAOK-a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 
Newsport.az həmin müsahibəni təqdim edir:

- Oyun haqda fikirləriniz?

- Bu matç çox önəmli idi. Məğlubiyyət və ya heç-heçə olsaydı, qrupdan çıxmaq şansımız azalacaqdı. Hər kəs nikbin düşünürdü. Oyundan öncə və oyun zamanı təmkinli idik. Matçdan sonra da belə olmaq lazımdır. Çünki rəqiblə cavab qarşılaşmamız da var. Uğurla çıxış edəcəyimizi ümid edirəm.

- Öz oyunundan razı qaldın?

- Qol vura bilməsəm də, məhsuldar ötürmə etməyə nail oldum.

- Ot örtüyü oyununuza necə təsir göstərdi?

- Hərdən sürüşmələr olurdu. Lakin əvvəlki qədər pis deyildi.

- İlk dəqiqələrdə qol vurmağa çox yaxın idin...

- Sağ ayağımla zərbə endirmək istəyirdim, amma top sol ayağıma tuş gəldi və yaxşı zərbə endirə bilmədim.

- Qol hesabını gec açmağınız futbolçular arasında gərginlik yaradırdı?

- Xeyr. Dediyim kimi, hər kəs nikbin düşünürdü və yekun da yaxşı oldu.

- Zədəli futbolçuların yoxluğu hiss olundu?

- Bəli, ancaq hər kəs bir-birinə kömək edirdi. Rahid oynadı və qol vurmağı da bacardı.

- Rəşad Sadıqov zədəli olsa da, əsl qladiatorlar kimi vuruşurdu...

- O, təcrübəli futbolçudur. Rəşad "abi"nin meydanda olması, bizdə özünəinam yaradır.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right