Maksim Medvedev: "Oyundan öncə PAOK-dan çəkinirdim" MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubu ilə ev matçından sonra brifinq keçirib.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü olan müdafiəçi jurnalistlərin sualını cavablandırıb.  
 
- Qrupda ilk qələbənizi qazandınız. Nə gözləyirdiniz, nə alındı?
- Hər şey gözlədiyimiz kimi oldu. Oyun gərgin mübarizə şəraitində keçdi. Çox diqqətli oynamağa çalışırdıq. Rəqibi təhlil etmişdik. Əsas olan nəticədir ki, onu da qazandıq. Buna görə çox sevinirik. Növbəti oyunlara daha çox istək və inamla çıxacağıq.
 
- "Qarabağ"ı növbəti turda PAOK-la səfərdə cavab qarşılaşması gözləyir. Bunu nəzərə alsaq, hesab xeyrinizədir, ya ziyanınıza?
- Xeyrimizdədir. Artıq bilirik ki, PAOK-un oyunu necədir. Oyundan öncə bir az rəqibdən çəkinirdim. Artıq hansı gücünün olduğunu bilirik və cavab matçında bunun qarşısını almağa çalışacağıq.
 
- Səncə, oyunun ən yaxşı futbolçusu kim idi?
- Bunu demək bir az çətindir. Bu gün meydanda hər kəs yetərincə mübarizə apardı. Komanda şəklində yaxşı oynadığımızdan kimisə fərqləndirmək istəmərəm.
 
- Stadionun qazonu sizi qane etdi?
- Oyunun başlarında pis deyildi. Ancaq ikinci hissədən sonra yenə problemlər ortaya çıxdığından oynamaq bir az çətinləşdi.
 
- İlk hissədə müdafiədə məcburiyyətdən tez-tez mövqeyini dəyişirdin. Çətin olmurdu ki?
- Xeyr, heç bir problemim olmurdu. İlk hissədə bəzi anlarda ayağım sürüşdü. Oyuna sərbəst başlayaraq bir neçə real qol imkanlarımız oldu. Rəqibə göstərdik ki, meydan sahibi kimdir.
 
- Milli komandanın oyunları, Premyer Liqa və Avroliqa matçları. Qrafikin belə sıx olması yorğunluq yaratmır?
- Əlbəttə ki, çətin olur. Onu da nəzərə alaq ki, komandaların səviyyələri fərqlidir. "Sumqayıt”la oyuna bir cür hazırlaşırsan, PAOK-a qarşı başqa cür. Avroliqa oyunlarında kiçik bir səhv belə, böyük problemlər yarada bilir.
 
Sportnet.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right